Qadin.NET / Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimə məbləği açıqlandı

Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimə məbləği açıqlandı

2020-ci ilin yanvar-iyun aylarında yol hərəkəti qaydalarının pozulmaslı ilə bağlı aşkarlanmış inzibati xətaların sayı 1 milyon 565,7 min olub.
Qadin.net-in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 15,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,9 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 4,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

10 avqust 2020
GO BACK