Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Taysonla dörd çəki dərəcəsində keçmiş dünya çempionu Roy Cons arasında döyüşün tarixi dəyişdirilib.
Qadin.Net bildirir ki, bu barədə “The ring” məlumat yayıb.
Sentyabrın 12-də keçirilməsi nəzərdə tutulan döyüş noyabrın 28-nə dəyişdirilib.
Döyüşün vaxtının dəyişdirilməsi təşəbbüsü ilə M.Taysonun komandası çıxış edib.
Onlar bu cür dəyişikliklə əlavə gəlir əldə oluna biləcəyini düşünüblər.
R.Consun komandası da bununla razılaşıb.