Qadin.NET / Türkiyə analoqsuz ekskavator buraxdı - Ərdoğan sükan arxasında/Foto/Video

Türkiyə analoqsuz ekskavator buraxdı - Ərdoğan sükan arxasında/Foto/Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 100 faiz yerli istehsal olan və elektriklə işləyən ekskavatorun ilk testini edib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, sükan arxasına keçən Ərdoğan texnikanı hərəkətə gətirib. O, ekskavatorun bazara çıxarılması üçün hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.
2016-cı ildə elektriklə işləyən ekskavatorun hazırlanma layihəsinə başlanılıb. Çəkisi 7 ton, yük götürmə qabiliyyəti 600 kilodur. Texnika enerji ehtiyatı sayəsində 8 saat işləyə bilir. 3 saat yarım ərzində tam enerji yığan ekskavator saatda 30 kilometr məsafə qət edə bilir.

10 avqust 2020
GO BACK