"Livanın paytaxtı Beyrutda 4 avqustda baş verən partlayışdan sonra Türkiyədən gedən qrupun Beyrut limanında xilasetmə işləri davam edir".
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Livan Ordusu Əməliyyat Palatası komandiri Can Nehra təşkil edilən mətbuat konfransında açıqlama verib.
O bildirib ki, Türkiyədən gələn xilasetmə qrupu Beyrut limanında partlayışın mərkəzinə ən yaxın bölgədə qurtarma əməliyyatı aparır:
"Vətəndaşları müdafiə qruplarının da itkin düşən insanları axtarma-arama işləri davam edir. Limanın cənub hissəsindəki buğda anbarları partlayışın təsiriylə böyük nisbətdə məhv olub. Amma əgər burada anbar olmasaydı, partlayış Beyrutda daha böyük və daha dəhşətli olardı".
Qeyd edək ki, Beyrut limanında 4 avqustda partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda əvvəl yanğın çıxıb, sonra bütün şəhəri sarsıdan güclü partlayış baş verib. Hadisə zamanı həyatını itirənlərin sayı 160, yaralılar isə 6 minə yüksəlib