ABŞ tezliklə "Eurovision" mahnı müsabiqəsini keçirməyi planlaşdırır.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, yarışma "Amerika mahnı müsabiqəsi" ("The American Song Contest") adlanır.
Yarışmanın ilk buraxılışı 2021-ci ilin bayram tətilində keçiriləcək. Müsabiqəyə 50 ştatdan musiqi qrupları, müğənnilər qatılacaq.
Layihənin musiqi prodüseri Ben Silvermən olacaq. Lisenziyalı layihə haqda "Eurovision" rəsmi saytında da yazılıb.