Elm adamları qırmızı və ağ şərabın tərkibindəki antioksidanın bədəndəki ACE2 fermentinin miqdarını artırdığını və bunun da öz növbəsində koronavirus infeksiyasının gedişatını yüngülləşdirdiyini təsbit edib.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bu barədə Kanadanın Laval Universiteti araşdırma aparıb.
Moskva Dövlət Universitetinin Molekulyar Biologiya Laboratoriyasının aparıcı elmi işçisi Roman Zinovkin şərabın tərkibində olan zəruri fermentin - antioksidant resveratrolun ifrazına kömək etdiyini izah edib. ACE2 çatışmazlığı iltihaba səbəb olan, qan damarlarını sıxan və endotelə zərər verən AngII peptidinin ifrazını artırır. ACE2-nin çox olması isə virusun hüceyrəyə həddindən artıq nüfuz etmə şansını çoxaldır.