Qadin.NET / ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni PROQNOZ

ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni PROQNOZ

ABŞ-da daha əvvəl beş prezidentin seçkilərdəki qələbəsini təxmin edən professor Allan Lixtman noyabrdakı seçkilərlə bağlı proqnozunu da açıqlayıb.
Qadin.Net bildirir ki, bu barədə CNN məlumat yayıb.
Alim qalibin müəyyən edilməsi üçün özünün “13 açar” sistemindən istifadə edir. Burada iqtisadiyyat, namizədin daşıdığı vəzifə, sosial narahatlıqlar və qalmaqallar kimi amillər nəzərə alınır. Bununla yanaşı, proqnozda namizədin nüfuzunun da rol oynadığı bildirilir.
“Sirr ümumi mənzərəni izləməkdən ibarətdir. Sorğulara, təhlillərə, reytinqin düşməsinə və s. kimi amillərə əhəmiyyət vermək lazım deyil”, - deyə A.Lixtman bildirib.

Professor vurğulayıb ki, noyabrdakı prezident seçkilərində hazırkı dövlət başçısı hakimiyyətini itirəcək.

9 avqust 2020
GO BACK