Qadin.NET / Qazaxıstanda alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

Qazaxıstanda alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

Qazaxıstanda koronavirusa qarşı peyvənd hazırlayan yeddi alim onu öz üzərində sınaqdan keçirib.
Qadin.Net TASS-a istinadən xəbər verir ki, alimlər özlərini yaxşı hiss edir və işlərinə davam edirlər.
Sentyabr ayında Qazaxıstan Səhiyyə Nazirliyindən icazə alındıqdan sonra, COVID-19 anticismi olmayan 18-50 yaş arası 44 könüllü üzərində klinik sınaqların ilk mərhələsinin başlaması gözlənilir.
Peyvənd edildikdən sonra onlar 42 gün ərzində nəzarətdə qalacaqlar. Əlavə olaraq, klinik sınaqların ikinci mərhələsinin oktyabr ayının ortalarında başlanılması planlaşdırılır, o, 2020-ci ilin dekabr ayında tamamlanmalıdır.

Peyvəndlərinin klinik sınaqlarının müsbət nəticəsi olsa, Qazaxıstan vaksinlər istehsal edəcək.

9 avqust 2020
GO BACK