Qadin.NET / Cənubi Koreyada zəifləmiş koronavirusun bazasında yeni peyvənd hazırlanıb

Cənubi Koreyada zəifləmiş koronavirusun bazasında yeni peyvənd hazırlanıb

Cənubi koreyalı alimlər SARS-CoV-2 infeksiyasının zəifləmiş forması əsasında yeni koronavirusa qarşı peyvənd hazırlayıblar. Vaksin artıq siçanlar üzərində uğurla sınaqdan keçirilib.

Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, alimlər tədqiqatın ilkin nəticələrini “bioRxiv” elmi kitabxanasında dərc edib.

“Koronavirus infeksiyasını tədricən hüceyrələrdə aşağı temperaturda yaşamağa uyğunlaşdıraraq onun zəifləmiş versiyasını hazırlayırıq. Bu yolla patogenin optimal yaşama temperaturunu 37 dərəcədən 22 dərəcəyə endiririk. Siçanların orqanızminə burunlarından daxil edilən bu vaksin onları adi koronavirusun hücumundan qoruyub”, - deyə məqalədə bildirilir.

Son aylar ərzində müxtəlif ölkələrin alimləri yeni tip koronavirusa qarşı müxtəlif vaksinlərin sınaqlarını keçirir. Onların bəziləri heyvanlar, bəziləri isə insanlar üzərində test edilir. Əgər vaksinlərin sınaq metodikası dəyişməsə, ilkin nəticələrin təhlili yalnız gələn il baş tuta bilər.

Preparatların bir çoxu DNA fraqmentlərinin insan hüceyrələrinə daxil edilərək onların çoxlu virus zülalı hasil etmələrinə əsaslanan yoxlanmamış texnologiyalar bazası əsasında hazırlanır. Alimlər zəifləmiş virus hissəcikləri və virus qabığının hazır fraqmentləri əsasında klassik peyvəndlər üzərində də çalışırlar. Hər iki halda bu preparatların kütləvi istehsalını təşkil etmək çətin olacaq.

8 avqust 2020
GO BACK