Qadin.NET / Cud Lou altıncı dəfə ata oldu

Cud Lou altıncı dəfə ata oldu

Hollivud ulduzu Cud Lou altıncı dəfə ata olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 47 yaşlı sənətçinin və xanımı Filippa Koenin növbəti uşağı dünyaya gəlib.
Körpə Cudun altıncı, Filippanın isə ilk övladıdır. Onların valideyn olmasını paparassilər ortaya çıxarıb. Cütlük Londonda parkda görüntüləniblər. Filippin hamilə olması ilə bağlı bu günə qədər mediada heç bir xəbər yayımlanmamışdı. Onlar iyunda görüntülənəndə yenidən uşaqları olacağı ortaya çıxmışdı.
Cütlük övladının adı və cinsiyyəti ilə bağlı sualları cavabsız qoyub.

8 avqust 2020
GO BACK