Qadin.NET / Payızda virusun yayılması gözləniləndir - TƏBİB rəsmisi

Payızda virusun yayılması gözləniləndir - TƏBİB rəsmisi

ÜST-nin məlumatına görə, son 24 saat ərzində 278 291 nəfər yeni növ koronavirusa yoluxub, 6815 nəfər isə dünyasını dəyişib.
Qadin.net publika.az -a istinadən xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: "Hər gün yoluxanların sayı sağalanların sayından daha aşağı olur, dünyasını dəyişənlərin sayı azalır. Bu isə həkimlərimizin əməyi sayəsindədir. Xəstə sayı artdıqca, verilən xidmətin keyfiyyəti də aşağı düşə bilər".

O qeyd edib ki, yoluxma sayı azaldığı üçün mərhələli şəkildə yumşalmalara gedirik: "Bizi qınayırlar ki, insanları qorxuduruq. Lakin payız fəslində bütün dünyada virusun yayılması gözləniləndir. Qapalı şəkildə qaydalara riayət etməliyik. Bunun məsuliyyəti bizim və sahibkarların üzərinə düşür. Eyni zamanda açıq havada da özümüzü qorumalıyıq. Çalışaq ki, sıxlıq olmayan ərazilərdə olaq. Nəzərə alaq ki, hər birimiz karantin rejimindən yorulmuşuq. Bir yerə toplaşmaq nəticəsində ailədaxili yoluxmaların şahidi olmuşuq. Bu səbəbdən mərhələli şəkildə yumşalmalara gedək və qaydalara riayət edək. Əks halda gözümüzü yummaqla problem həll olmayacaq".

8 avqust 2020
GO BACK