Qadin.NET / ÜST-nin bu təşəbbüsündən bəhrələnəcəyik – Baş infeksionist

ÜST-nin bu təşəbbüsündən bəhrələnəcəyik – Baş infeksionist

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 7-14 avqustun maska taxılması həftəsi elan edilməsi təbliğat əhəmiyyəti daşıyan kampaniyadır. ÜST bu təşəbbüsü elan etməmişdən öncə, virus yayılandan bu günə qədər hər kəsə bunu tövsiyə edib”.
Baş infeksionist Cəlal İsayev açıqlamasında belə deyib.
O bildirib ki, Ümümdünya Maskadan İstifadə Həftəsi insanlara maska taxmağın nə qədər vacib olduğunu bir daha göstərəcək: “Koronavirusda əsas qorunma vasitəsi sosial məsafəni gözləmək və maskadan istifadədir. Bu təşəbbüslə tibbi maskadan istifadənin vacibliyi yada salınır. ÜST bu tədbirin önəmini vurğulayır və bütün dünya da bu təşəbbüsə qoşulacaq. Biz də bu kampaniyaya qoşularaq hər birimiz maska taxmalıyıq. Maskanın önəmi hər zaman ön planda olub. Həmişə tövsiyələr vermişik ki, hava-damcı infeksiyalarında tibbi maskadan istifadə etmək həm insanların özləri, həm də ətrafdakılar üçün çox önəmlidir. Ümumdünya Səhiyyə Təşkilatının bu təklifindən bəhrələnəcəyik”.

8 avqust 2020
GO BACK