Qadin.NET / Teoman yenə xəstəliyə tutuldu

Teoman yenə xəstəliyə tutuldu

Məşhur türk müğənni Teomanın səhhətində problem meydana gəlib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, illər əvvəl “Tükənmişlik sindromu” yaşayan müğənni yenidən psixoloji çöküş yaşayır.
İddialara görə, yeni mahnılarının istədiyi nəticəni verməməsi Teomanı hər kəsdən uzaqlaşmağa və aqressiyaya sürükləyib.
Qeyd edək ki, Teoman 2012-ci ildə fotoqraf Ayşe Kaya ilə evlənmiş, 2015-ci ildə Zeyno adlı qızı dünyaya gəlmişdi. Elə həmin il həyat yoldaşından boşanmışdı.
Müğənni 2 yaşında ikən atasını itirib və evin yeganə övladı olaraq böyüyüb.

8 avqust 2020
GO BACK