Qadin.NET / Nazir müavini karantin rejiminin müsbət tərəflərindən danışdı

Nazir müavini karantin rejiminin müsbət tərəflərindən danışdı

“Vətəndaşlar, cəmiyyət yeni həyat tərzinə hazır olmalı, biznes nümayəndələri fəaliyyətlərini yeni qaydalara əsasən bərpa etməlidir”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

O qeyd edib ki, qaydalara riayət olunmasa, əldə olunan pozitiv trendlər mənfiyə doğru dəyişəcək və hökumət yenidən bu məsələyə baxacaq:

“Biz bunu istəmirik, hökumət üçün ağır və ağrılı qərarlardır. İstiqadi aktivliyin təmin olunmasını istəyirik. Bu, bizim sosial və mənəvi borcumuzdur. Son dövrlər rəqəmsal platformadan istifadə etməklə malların çatdırılmasında müsbət trend görmüşük”.

“Bu rəqəmsal iqtisadiyyat davam etdirilsə, sahibkarların orta və uzun müddətdə rəqabət qabiliyyətliliyinə təsir edəcək”, - deyə, o əlavə edib.

8 avqust 2020
GO BACK