“Bu günə kimi dövlət qurumlarının əməkdaşlarının 30 faizi işə çıxarılırdı. Bu günlərdə bu 50 faizə kimi ola bilər”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, dövlət qurumlarının rəhbərləri 30-50 faiz kvota çərçivəsində hansısa bir işçisinin azyaşlıları kimimləsə qoya bilməsə, bu problemləri həll edəcək:
“Bunun üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmürəm”.