Qadin.NET / Fırıldaqçıların ən sevdiyi şifrələr

Fırıldaqçıların ən sevdiyi şifrələr

“İntellektualnıy Rezerv” şirkətinin tərəfdaşı və direktoru Pavel Myasoyedov fırıldaqçıların ən sevimli şifrələrinin hansılar olduğunu açıqlayıb.
Bu barədə o, “Praym” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, hakerlər üçün “sevimli” şifrələr arasında asanlıqla açıla bilənlər var: telefon nömrəsi, istifadəçinin adı, doğum günü və ya hər hansı digər açıq məlumatlar. Mütəxəssis kiçik və böyük hərflər istifadə etməklə 15 simvola qədər uzun parol yaratmağı tövsiyə edib. Bundan əlavə, o, hər bir xidmət üçün ayrıca şifrə istifadə etməyi məsləhət bilib.

9 avqust 2020
GO BACK