Qadin.NET / Hacıqabuldakı partlayışla bağlı SOCAR-dan AÇIQLAMA

Hacıqabuldakı partlayışla bağlı SOCAR-dan AÇIQLAMA

Hacıqabul rayonunda Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus qaz kəmərlərindən birində partlayış baş verib.
Qadin.Net xəbər verir ki, bu barədə Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O qeyd edib ki, partlayış yaşayış məntəqələrindən uzaq bir ərazidə baş verib. Buna görə də əhali üçün heç bir təhlükə yoxdur və zərərçəkən də yoxdur:

"Bu, bizim əsas qaz boru kəmərlərimizdən biridir. Onun "Qalmaz" yeraltı anbarına bağlı bir qaz boru kəməri olduğu ehtimal edilir".

SOCAR rəsmisi bildirib ki, boru kəməri özü artıq bağlanıb, qaz artıq oraya daxil olmur:

"Boru içərisində qalan qaz bitəndən sonra yanğın müvafiq olaraq dayandırılacaq. Partlayışın səbəbi hələlik bizə məlum deyil. Güman edilir ki, bu, qaz sızmasına və partlayışa səbəb olan korroziyadır"

7 avqust 2020
GO BACK