Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.
Qadin.Net xəbər verir ki, hadisə ölkənin Keral ştatında baş verib.
Bildirilib ki, “Air İndia” şirkətinə məxsus təyyarə eniş zolağından çıxıb və iki yerə bölünüb.
Hadisə zamanı azı üç nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında təyyarənin kapitanı da var.
Qəzanın səbəbləri məlum deyil.