Qadin.NET / Yeni peyvəndlər bəşəriyyətin pandemiyadan xilası olacaqmı? - ELMİ RƏYLƏR

Yeni peyvəndlər bəşəriyyətin pandemiyadan xilası olacaqmı? - ELMİ RƏYLƏR

Rusiya Müdafiə Nazirliyinin Hərbi Klinik Xəstəxanasının baş həkimi N.N. Burdenko açıqlamasında bildirib ki, koronavirusuna qarşı peyvəndlərin effektivliyinin sınaqları uğurla başa çatıb. Xəstəxananın terapevtik şöbəsinin müdiri Svetlana Volçixinanın sözlərinə görə, test nəticələrinə əsasən immun cavabların meydana gəlməsi haqqında dəqiq bir fikir söyləyə bilərik.

Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko isə oktyabr ayından etibarən ölkə sakinlərinin COVİD-19 əleyhinə peyvəndlərin vurulmasına başlayacaqlarını açıqlayıb. Peyvənd ilk koronavirusa məruz qalma riski yüksək olan tibb işçilərinə və müəllimlərinə vurulacağı nəzərdə tutulub. Peyvəndin daha sonra kimlərə vurulacağı hələ rəsmi olaraq açıqlanmayıb. Ancaq aydındır ki, əhalinin peyvəndlənməsinə başlanılması planlaşdırılır.
Bəs bu peyvəndlər infeksiyadan qurtuluş yolu olacaqmı? Yoxsa virusla mübarizə yolu hələ davam edəcək?
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, rusiyalı mütxəssislər vaksinlərin effektivləyi barədə geniş açıqlama verib. Ekspertlərin rəylərini təqdim edirik:
Rusiya Elmlər Akademiyasının akademiki, Meçnikov Tədqiqat Vaksinlər İnstitutunun direktoru Vitali Zverevin sözlərinə görə, vaksinlərin effektivliyi hələ tam sübuta yetirilməyib.
“Koronavirusun yaranmasından bu vaxta qədər yaxşı bir peyvənd yaratmaq mümkündür, lakin bunun nə qədər yaxşı, effektiv və təhlükəsiz olduğunu yoxlamaq tamamilə mümkün deyil. Bunun üçün vaxt lazımdır. Effektiv və təhlükəsiz olduğunu söyləmək, mənim fikrimcə tamamilə səhvdir. Peyvəndlərin geniş istifadəsinə hazırlanmasından təxminən dörd-beş il sonra başlanılır. Bu proses necəsə sürətlənə bilər, amma səmərəlilik və təhlükəsizlik haqqında danışmaq tezdir.
Tam hüquqlu tədqiqat çox vacibdir, bunu nə azaltmaq, nə də artırmaq olar. Rusiya vaksininləri hələ sadəcə bir neçə könüllünün üzərində aparılıb və effektivliyi məlum olub. Çində aparılan sınaqların ilk mərhələsində təxminən 500 nəfər iştirak edib, ABŞ-da 30 min amerikalı üzərində araşdırmanın üçüncü mərhələsinin aparılması planlaşdırılır. Biz isə həkimlərin və müəllimlərin qısa sınaqlardan sonra peyvənd etmək istəyirik, bunun nə olduğunu anlamırıq.
İki əsas mümkün risk var. Birincisi, peyvənddən bir il və ya altı ay sonra, bəlkə də daha çox sonralar bizə məlum olmayan əks təsirlər görünə bilər. İkincisi, bu günə qədər peyvəndin effektivliyinə dair heç bir inandırıcı dəlillər yayımlanmayıb. Xüsusilə peyvənddən sonra əldə edilən immunitetin nə qədər davam edəcəyi tamamilə aydın deyil. Heç kim onun gələcəkdə insan orqanizmində necə davranacağını tam bilmir. Çünki bu, bir adenovirus əsasında hazırlanmış vektor peyvənddir, ona koronavirus genomunun bir parçası daxil edilib. Bunlar klinik təcrübə deyil, yeni texnologiyalardır. Belə texnologiya heç bir yerdə geniş yayılmır. Yaponiyada boyun xərçənginin müalicəsi üçün təsdiqlənmiş bu cür dərmanlardan yalnız biri məlumdur. Kütləvi peyvənd üçün bu cür texnologiyalardan istifadə etməzdən əvvəl çox diqqətlə araşdırılmalıdır” , Zverev açıqlamasında bildirib.
İmmunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov inanır ki, koronavirusa qarşı həqiqətən etibarlı və effektiv bir peyvəndi gələn bahardan əvvəl hazırlamaq mümkün deyil:
“Birinci sınaqlarda sağlam könüllülər üzərində peyvəndin təhlükəsizliyi müəyyən edilir. Növbəti mərhələdə immunogenlik yoxlanılır, yəni peyvəndin effektivliyi. Ümumilikdə ya iki ayrı araşdırma, ya da bir çox mərhələli tədqiqat aparılmalıdır. Peyvənd hazır olduqan sonra adətən ən azı 5-6 ay çəkir. Peyvənd qeydiyyatı prosedurlarını və bütün sadələşdirmələri nəzərə alsaq, ən azı iki aya qədər davam edə bilər”.
ABŞ Qida və Dərman Administrasiyasının Vaksinlər Departamentinin direktor müavini Konstantin Çumakov xəbərdarlıq edib ki, digər bir “tələ” infeksiyanın antikor gücləndirilməsi ola bilər. Onun sözlərinə görə, anti-koronavirus peyvəndlərinin hazırlanması zamanı məlum olub ki, bədəndə yaranan bəzi antikorlar koviddən qorumur, hətta xəstəliyi şiddətləndirə bilər, bu fenomenə ASUI deyilir. Bununla birlikdə ekspert belə bir təhlükəli təsirin qarşısını almağın texnoloji yollarının olduğunu vurğulayıb. Odur ki, tam klinik tədqiqat olduqca vacibdir.

N.F. Qamaleya adına Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, mikrobioloq Denis Loqunovsa peyvəndlərin əhəmiyyətini diqqətə çatdırıb:

“İnstitutda üç il ərzində baş verən hadisələr əsas götürülüb. Bunlar Orta Şərq Tənəffüs Sindromu Virusuna (MERS) qarşı peyvənd yaratmaq üçün edilən təcrübələrdir. Yeni növ koronavirus MERS-in ən yaxın qardaşıdır. Bu baxımdan COVID-19-a qarşı peyvənd üçün hazır işləri əsas kimi götürməyimizə dair heç bir maneə yoxdur.

Vektor peyvəndi ən təsirli və təhlükəsiz olduğu üçün seçilib. Vektor bəşəriyyətin uzun müddətdir tanıdığı adenovirusdan götürülüb. Eyni zamanda peyvəndi daha etibarlı etmək üçün genomun iki hissəsi vektordan çıxarılıb. Bu cür dəyişikliklərlə virus bədənin hüceyrələrində çoxala bilməz

8 avqust 2020
GO BACK