Türkiyənin Zonquldak şəhərində yaşayan Akın Türkoğlu adlı gənc iradəsi ilə hər kəsi təəccübləndirib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 22 yaşlı gənc 6 ay ərzində 212 kq arıqlayıb.
Onun arıqlama hekayəsi isə sevdiyi qızdan ayrıldıqdan sonra başlayıb.
7 yaşından bəzi yeməklərə olan sevgisi sayəsində kökəlməyə başlayan Akının çəkisi 296 kiloqrama qədər artıb. 8 illik sevgilisinin məzuniyyət gecəsində kostyum geyinə bilmək üçün arıqlamağa qərar verib. Hər gün 25 km gəzməyə, şorba və su ilə qidalanmağa başlayıb. Lakin sevgilisinin ailəsi qızı ona verməyib.
“Özümü yeməkdən saxlaya bilmirdim. 15 ildə 212 kq kökəldim. Küçəyə çıxa bilmirdim. Həyatdan soyumuşdum. 8 ildir sevdiyim qız var idi. Evlənmək istəyirdim. Ailəsi məni istəmədi. Mən də hirsləndim. 6 ay avtomobilimə minmədim. Nəticədə 84 kq oldum”, - o deyib.
“Məzuniyyət gecəsinə getmədim. Amma kostyum geyinməyə başladım. Sağlamlığım yerindədir. İnşallah gələcəkdə məni sevən biri ilə qarşılaşaram. İndi həyatımdan məmnunam”, - həyat hekayəsindən danışan Akın məmnunluğunu dilə gətirib.