Qadin.NET / Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma

Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma

Azərbaycanda koronavirus infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872 test aparılıb.
Aktiv xəstə sayı isə 3197 nəfərdir.

7 avqust 2020
GO BACK