Qadin.NET / Rəşad Mahmudov vacib məsələyə toxundu - 50 faiz həkim ştatı boşdur

Rəşad Mahmudov vacib məsələyə toxundu - 50 faiz həkim ştatı boşdur

“Həkimlərin əmək qanunvericiliyə uyğun 65 yaşda pensiyaya çıxarılmasına yenidən baxılmalıdır”.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisdə çıxışı zamanı deyib. R.Mahmudov bildirib ki, artıq bölgələrdə ciddi həkim çatışmazlığı müşahidə olunur: “Bakı və ətraf qəsəbələri çıxmaqla, bölgələrdə 50 faiz həkim ştatı boşdur. Bunu rəsmi statistikaya əsaslanaraq deyirəm. Biz müvafiq dövlət qurumları bu məsələyə yenidən baxıb həkimlərin 65 yaşda pensiyaya çıxarılması məsələsinə yenidən baxmalıyıq”.

7 avqust 2020
GO BACK