Qadin.NET / Bütün proqnozları doğru çıxan professordan İDDİA: ABŞ-ın yeni prezidenti O OLACAQ

Bütün proqnozları doğru çıxan professordan İDDİA: ABŞ-ın yeni prezidenti O OLACAQ

ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Bayden qalib gələcək.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu iddianı 1984-cü ildən bəri bütün seçki proqnozları doğru çıxan ABŞ Universitetinin professor Allan Litçman irəli sürüb.

Professorun yaratdığı 13 kriteriyalıq sistemə əsasən, Co Bayden hazırkı Prezident Donald Trampı məğlub edərək ABŞ-ın yeni lideri olacaq.

“Nyu York Tayms”a açıqlama verən Litçman Bayden ilə Tramp arasındakı mübarizənin çətin keçəcəyini və səs faizlərinin bir-birinə yaxın olacağını deyib. Onun sözlərinə görə, demokrat namizəd 7, Tramp isə 6 kriteriyada öndədir.

Onun kriteriyaları arasında iqtisadi rəqəmlər, namizədlərin iştirak etdiyi qalmaqallar və şəxsi xarizmaları, sosial narahatlıqlar və vəzifədə olduğu müddət yer alıb.

Qeyd edək ki, Allan Litçman 2016-cı ildə Donald Trampın Hillari Klintona qalib gələrək prezident olacağını demiş və onun haqqında impiçment açılacağını da proqnozlaşdırmışdı.

7 avqust 2020
GO BACK