Qadin.NET / Ordumuz Ermənistanın daha bir PUA-sını vurub

Ordumuz Ermənistanın daha bir PUA-sını vurub

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus daha bir pilotsuz uçan aparatı məhv edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 6-da, günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

6 avqust 2020
GO BACK