“Tehranda Beyrutdakından da dəhşətli fəlakət baş verə bilər”.
Qadin.Neteleqraf-a istinadən xəbər verir ki, bunu Tehran Şəhər Şurasının üzvü Məcid Fərahani deyib.
O, Tehranda Livanın paytaxtındakı partlayışdan daha dəhşətli faciənin yaşanma ehtimalı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Onun sözlərinə görə, Tehranın şimal qərbində yerləşən Şəhran məhəlləsində mövcud olan neft anbarı potensial olaraq bomba kimidir və hər an partlayaraq, Beyrut partlayışından da böyük faciəyə səbəb ola bilər.