Qadin.NET / Prezidentdən GÖSTƏRİŞ - 190 manatlıq birdəfəlik ödəmə avqustda da veriləcək

Prezidentdən GÖSTƏRİŞ - 190 manatlıq birdəfəlik ödəmə avqustda da veriləcək

“Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur”.

Qadin.Net oxu.az -a istinadən xəbər verir ki, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə deyib.

Dövlət başçısının sözlərinə görə, onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir:

“Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir.

Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”

6 avqust 2020
GO BACK