Qadin.NET / İrina Şeyk yeni sevgilisini təbrik etdi

İrina Şeyk yeni sevgilisini təbrik etdi

Rusiyalı məşhur model İrina Şeyk sosial şəbəkədə dizayner Rikardo Tişi ilə fotosunu paylaşaraq ona sevgi etirafı edib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, qucaqlaşdıqları şəkli izləyiciləri üçün yayımlayan model Rikardonu ad günü münasibəti ilə təbrik edib:

“Özəl bir insan üçün özəl bir gün. Mənim sevgilim, ad günün mübarək. Səninlə xoşbəxtlik, əyləncə və gülüş arzulayıram. Bizi birləşdirən inanılmaz xatirələrin sayını hesablaya bilmirəm”.

Qeyd edək ki, İrina Şeyk daha əvvəl Hollivud ulduzu Bredli Kuperlə sevgili olub. Onların Lea adlı bir qızı var.

6 avqust 2020
GO BACK