Fransanın şəhərlərində yerli hakimiyyət orqanlarının qərarları ilə insanların çox olduğu açıq məkanlarda da maska taxmaq məcburi qayda kimi tətbiq olunur.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, aidiyyəti şəhərlərin prefektura və meriyaları maskanın məcburi olması ilə bağlı qərarlar qəbul ediblər. Bu şəhərlərin bütün məkanlarında və ya müəyyən hissələrində maska taxmayanlar 1-ci dəfə 135 avro cərimə, 2-ci dəfə 1500 avro, 3-cü dəfə isə 6 ay həbs və ya 3 750 avro cərimə olunacaqlar.
Son günlər COVID-19 virusuna yoluxanların sayı artdığı üçün açıq ictimai yerlərdə, eləcə də dəniz kənarında, çimərliklərdə maska taxmaq məcburidir.