Qadin.NET / Kompüter siçanının yaradıcısı öldü

Kompüter siçanının yaradıcısı öldü

Kompüter siçanının yaradıcılarından biri olan Vilyam İnqliş ABŞ-da 91 yaşında vəfat edib.

BBC xəbər verir ki, onun ölümünə tənəffüs çatışmazlığı səbəb olub.

V.İnqliş 1929-cu ildə Kentukki ştatının Leksinqton şəhərində doğulub. Onun atası kömür mədənlərində elektrik mühəndisi, anası isə evdar qadın olub. Arizonada internat məktəbində oxuyan ixtiraçı sonradan Kentuki Universitetində elektrik mühəndisliyi təhsili alıb.

1964-cü ildə İnqliş Duqlas Engelbartın laboratoriyasında ilk dəfə kompüter siçanını yaradan işçilərindən biri olub.

5 avqust 2020
GO BACK