Qadin.NET / "Rusiyada onlara vaksin vurulmayacaq..." - Akademik

"Rusiyada onlara vaksin vurulmayacaq..." - Akademik

Rusiyada bu mərhələdə uşaq və yeniyetmələrə vaksin vurulmayacaq.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Qamaleya adına Milli tibbi-tədqiqat mərkəzinin direktoru akademik Aleksandr Ginzburq deyib.

Bununla belə, o, uşaqların peyvəndə cəlb olunacağına ümid etdiyini bildirib: "Çox ümid edirəm ki, uşaqlara da peyvənd vurulacaq. Amma bizim qanunvericliyə görə, uşaqlara yeni dərman verilməsi və ya vaksin vurulması yalnız yaşlıların sınaqdan keçməsində tam dövrənin başa çatmasından sonra mümkündür".

5 avqust 2020
GO BACK