Aktrisa Ebru Şahin və basketbolçu Cedi Osman bir müddət sonra ayrılmaq məcburiyyətində qalacaq.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Çeşmə tətili başa çatan sevgililər İstanbula qayıdıb. Cedi Osman işi ilə bağlı Amerikaya getmək məcburiyyətindədir.
Ebru isə "Hercai" serialının çəkilişləri ilə əlaqədar bir neçə gün sonra Mardinə yollanacaq. Cedi Amerikaya gedənə qədər sevgilisini tək qoymayıb, Madrinə getməyi planlaşdırır.
Cütlük jurnalistlərin "Məcburi ayrılıq eşqinizə təsir edəcək" sualını cavabsız qoyub.