Qadin.NET / Peyvəndlər mutasiya edən virus üzərində EFFEKTİV OLACAQMI? - Alim VACİB DETALLARI AÇIQLADI

Peyvəndlər mutasiya edən virus üzərində EFFEKTİV OLACAQMI? - Alim VACİB DETALLARI AÇIQLADI

Koronavirusun mutasiyaya uğradığı sirr deyil.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, rus peyvəndi hazırlayan alimlərdən biri, mikrobioloq Denis Loqunov dərmanın mutasiya edən koronavirusa necə təsir edəcəyini açıqlayıb. Onun sözlərinə görə, zamanla qanda antikorların azalması o demək deyil ki, COVID-19-a qarşı immunitet mütləq yox olur.

“İnfeksiyaya qarşı antikor səviyyəsinin yüksəlməsindən bir neçə ay sonra onun təbii azalması baş verir. Ancaq sonradan virus bədənə daxil olduqda, yaddaş immun hüceyrələri onu tanıyır və yenidən eyni antikor ifraz edilir”, - alim açıqlamasında qeyd edib.
Xatırladaq ki, koronavirusun tədricən geri çəkildiyi deyilir. Rusiyada könüllülər üzərində sınaqdan keçirilən ilk peyvənd artıq müsbət nəticələrini göstərir. Ancaq Qameleya adına Milli Tibbi Araşdırma Mərkəzinin direktoru, akademik Aleksandr Qinçburqun sözlərinə görə, uşaqların peyvəndləndirilməsi planlaşdırılmır. Akademik izah edib ki, qanunvericiliyə görə, peyvənd yalnız böyüklər üzərində tam tsikldən keçdikdən sonra uşaqlar üzərində tətbiq edilə bilər.

5 avqust 2020
GO BACK