Yeni tip koronavirus pandemiyasının çıxış nöqtəsi Çinin Uhan şəhəri olmaya bilər.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir.
ÜST-ün Fövqəladə Vəziyyətlər Proqramının icraçı direktoru Maykl Rayn Çində koronavirus pandemiyasının zoonotik (heyvanlardan insanlara yoluxma yolu) özəyinin tapılması ilə bağlı aparılan genişmiqyaslı araşdırmanın ilkin nəticələrini paylaşıb. O, Uhanda SARS kimi yoluxmalara qarşı nəzarət sisteminin mövcud olduğunu və bu sistemdən yeni bir epidemiyaya dair xəbərdarlıq edildiyini, lakin bunun şəhərin yeni koronavirus tipləri arasında keçid yeri olduğu mənasına gəlmədiyini bildirib.