Almaniyanın Münhen Hava Limanında yaşlı qadın 12 il əvvəl ölən ərinin sümüklərini Ermənistana aparmaq istəyib.
Qadin.Net “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 74 yaşlı erməni qadınının çantasından insan sümükləri tapılıb.
Qadının 52 yaşlı qızı ilə birgə 2008-ci ildə ölmüş ərinin sümüklərini yaşadığı Yunanıstandan Münhenə, oradan da Kiyev vasitəsi ilə Ermənistana aparmaq istədiyi məlum olub.
Araşdırmadan sonra bunun qeyri-qanuni bir hadisə olmadığı bildirilib və onların sümüklərlə səyahətinə icazə verilib.