Rusiya Federasiyasında kişilərin qadınlar tərəfindən daha çox zorakılığa məruz qaldığı şəhərlərin siyahısı tərtib olunub.
Qadin.Net REN TV -yə istinadən xəbər verir ki, siyahını Rusiyada fəaliyyət göstərən “Zoom Market” müstəqil tədqiqat agentliyi aparıb.
Reytinqə Sankt-Peterburq şəhəri başçılıq edir.
Növbəti sıraları Moskva və Krasnodar şəhərləri tutur.
Kişilər arasında hücuma məruz qalanların yaş həddi, əsasən, 25-34 yaş arasında dəyişir.
Rusiyada kişilər, əsasən, iş yerlərində, restoranlarda, əyləncə klublarında, ziyafət məclislərində və ictimai nəqliyyatda zorakılığa məruz qalır.