Qadin.NET / Bakıda 5 əlavə ekspres xətt təşkil edilir

Bakıda 5 əlavə ekspres xətt təşkil edilir

Bakıda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 əlavə ekspres xətt təşkil edilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu ekspres xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-a qədər olmaqla müəyyən edilib.
Ekspres xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq.
Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:
M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.
M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st
M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st
M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st

M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.

4 avqust 2020
GO BACK