Qadin.NET / Bütün dünyanın aciz qaldığı sual: Məktəbləri açaqmı? - Professor

Bütün dünyanın aciz qaldığı sual: Məktəbləri açaqmı? - Professor

“Məktəblərin açılış tarixi ilə bağlı indidən heç nə deyə bilmərik, çünki qarşıdakı dövrdə vəziyyətin daha yaxşı olacağına zəmanət yoxdur”.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bunu türk professor Mehmet Ceyhan deyib.

O bildirib ki, dünyanı bürüyən pandemiya ilə mübarizə hələ davam edir, bu baxımdan Türkiyə də daxil bütün ölkələrdə məktəblərin açılmasına dair qərar vermək çox çətindir:

“Əvvəlləriddia olunurdu ki, uşaqlar virusa yoluxsalar belə, başqalarını yoluxdurmurlar. Amma son araşdırmalar bunun doğru olmadığını göstərdi. Cənubi Koreyada yoluxanların hansı yaş qrupuna aid olduğu araşdırılıb. Məlum olub ki, 10-19 yaş qrupunun virusa yoluxma riski daha yüksəkdir.

Virus daşıyan 10-19 yaş aralığında gənc digər yaş qruplarına nisbətən evdə daha çox yoluxdurur, evdən kənarda dostların əhatəsində isə yaşı 20-dən yuxarı olanlar daha risklidir.

Müqayisə apardıqda bəlli olur ki, evdə bir insanda virus varsa, onun ötürülmə ehtimalı 11,8 faiz, kənarda dostların mühitində yoluxdurma ehtimalı isə yalnız 1,9 faizdir. Bu halda ən böyük yoluxmanı ev şəraitində 10-19 yaş arası uşaqlar təmin edir. Bu, uşaqların daha çox yoluxdurucu anlamına gəlmir, sadəcə uşaqlar çox aktivdirlər, ev daxilində isə nəzarəti qorumaq çox çətindir”.

Professor ümumiyyətlə uşaqların virusu simptomsuz keçirdiyini və bunun da xəstəliyi vaxtında aşkarlamağa əngəl yaratdığını deyib: "Buna görə məktəblərin açılması bütün ölkələrdə ən çətin qərarlardan biridir. Hər hansı ölkədə epidemiya başlayanda ilk bağlanan yer məktəb olur”.

Mehmet Ceyhan bir daha vurğulayıb ki, məktəblərin fəaliyyətə başlamasına qərar vermək çox çətindir: "Hazırda dünya ölkələrinin müzakirə etdiyi əsas mövzulardan biri budur".

Professor virusun mutasiyasının da risk yaratdığını deyib: “Epidemiyanın iki ildən tez bitmə ehtimalı var. Təhsilə bir müddətdə ara verib-vermək nəzərdə keçirilir. Bu mövzu üzərində çox baş sındırmaq lazımdır”

5 avqust 2020
GO BACK