Qadin.NET / Korona ya payızda bitəcək, ya da... - Professordan şok

Korona ya payızda bitəcək, ya da... - Professordan şok

Son günlər sosial şəbəkələrdə yoluxma sayının sağalanların sayından 2 dəfə az olmasına baxmayaraq, karantin rejiminin ləğv edilməməsindən şikayət edirlər. Maraqlıdır, bəs ölkədə hansı halda karantin ləğv edilə bilər?
Qadin.Net bildirir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, karantinin ləğv edilməsi üçün ÜST rəy verməlidir:

“Karantinin ləğv edilməsi barədə biz də müraciət etmişdik və karantin davranışlarına nəzarətin ciddi olması şərtilə sosial həyatın fəallaşmasını məsləhət görmüşdük. Ola bilsin ki, birinci yumşaldılmadan sonrakı vəziyyəti görüb ehtiyat etdilər. Çünki mayda tətbiq edilən yumşaldılma zamanı yoluxma sayı artdı. Bu səbəbdən ehtiyatlı davranırlar. Hesab edirəm, yavaş-yavaş müəyyən yumşalmalar tətbiq ediləcək. Ümumiyyətlə isə ölkədə karantin rejimi Ümumdünya Səhiyyə Təşkilatı rəy vermədən ləğv edilə bilməz. Yalnız karantin davranışlarına əməl edilməklə qaydaları yumşaltmaq mümkündür. Yumşaldılma zamanı maska və əlcəklərdən istifadəyə, qapalı məkanların giriş-çıxışında əllərin dezinfeksiya edilməsinə, içəridə sahəyə uyğun olaraq daxil olan adamların sayına və s. məsələlərə riayət edilməlidir. Bütün bu tədbirlər ÜST-ün karantinlə bağlı son zəngi çalmasına qədər davam etməlidir”.

Adil Qeybulla ÜST-ün koronavirusdan həmişəlik yaxa qurtarmağın mümkün olmaması barədə açıqlamasına da münasibət bildirib:

“Düzdür, daha əvvəl lokal epidemiyalar olub və olacaq da. Lakin ispan qripindən sonra dünyada belə bir pandemiya olmayıb. Hər il koronavirus olurdu. Sadəcə, bu, yoluxucudur və pandemiya törədib. Bu virus ya payızın sonuna yaxın yoxa çıxacaq, ya da sakitləşib bədənimizdə qalacaq”.

4 avqust 2020
GO BACK