İcazə sistmindən əvvəlcədən şirkət tərəfindən icazə alınırdı, məlumatlar doldurulurdu və ezamiyyət vərəqəsi olanlara müvafiq rayona getmək üçün icazə verilirdi.
Qadin.Net trend-ə istinadən bildirir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, indi, sadəcə olaraq, vətəndaş göstərəcək ki, ezamiyyə vərəqəsi var və rayona gedə bilər: "Bu, bu günə qədər də belə idi, sadəcə, avtomat rejimdə idi, bundan sonra isə rayonlara getmək üçün icazəsi olan şəxslər həmin icazə sənədlərini yerində təqdim etməldirilər".