“Koronavirusdan sağalmış hər bir vətəndaşımız Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etsə, çox yaxşı olar”.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, sağalanların və könüllü donor olmaq istəyənlərin müəyyənləşdirilməsi çox yaxşı olardı:
“Xəstələrin sağalmasında bu plazmalara çox ehtiyac olur”.