Rusiya İstintaq Komitəsinin “Gənc qəhrəmanlar” təşəbbüsü çərçivəsində qardaşını yanan mənzildən xilas edən beş yaşlı Voloqda sakini olan qız mükafatlandırılıb.
Bununla bağlı Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Hadisə bu il mayın 26-da baş verib. Qız evin yandığını görüb və özündən balaca olan qardaşını pəncərədən aşağıda dayanmış insanlara atıb. Daha sonra o, özü yanan mənzildən aşağı tullanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb.
Beş yaşlı qəhrəmana fəxri sertifikat və ağıllı saat təqdim edilib. İndi qız qardaşı və atası ilə yeni mənzildə yaşayır.