Qadin.NET / Taysonun ailəsi onun qalib gələcəyinə inanmır - VİDEO

Taysonun ailəsi onun qalib gələcəyinə inanmır - VİDEO

Boks üzrə keçmiş dünya çempionu Mayk Taysonun ailəsi onu rinqə buraxmır.
“İzvestiya”nın məlumatına görə, bu barədə “Dəmir Mayk”ın özü etiraf edib.
O, övladlarının zəfər dönüşünə qəti şəkildə qarşı olduqlarını və Roy Consla döyüşməkdən çəkindirdiklərini bildirib. Onlar atalarının artıq çox yaşlı olduğunu deyərək, yorucu məşqləri unutmağı və tezliklə evə qayıtmağı məsləhət görüblər.
“Uşaqlarım düşünürlər ki, mən oturmalıyam. Amma onlar nə bilirlər ki? Özümə çox güvənirəm. Onlar əsl döyüş haqqında heç nə bilmirlər. Heç bir oğlum döyüşdə mənə qalib gələ bilmir, bəs onda onlar nədən danışırlar?” – deyə, Tayson bildirib.
Nəşrin məlumatına görə, uşaqlarının onu fikrindən daşındırmağa çalışmasından sonra, Tayson qəzəblənərək, əla vəziyyətdə olduğunu və sentyabrın 12-nə planlaşdırılan mübarizəyə girəcəyini vurğulayıb.

4 avqust 2020
GO BACK