“Epidemioloji vəziyyət nəzərə alınmaqla, dövlət orqanlarının işçilərinin hansı say tərkibində işə çıxması məsələsi müzakirə olunmaqdadır”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda yay mövsümü olduğu üçün dövlət orqanlarında iş yükü azalıb:
“Dövlət orqanlarının işçilərinin məhdudlaşdırıcı və ya növbəli prinsiplərlə işə çıxması müzakirə olunur. Dövlət qurumlarının iş yükü nəzərə alınmaqla qərar veriləcək”.