Qadin.NET / TƏBİB-dən koronavirusla bağlı ÇAĞIRIŞ

TƏBİB-dən koronavirusla bağlı ÇAĞIRIŞ

“Xəstəlikdən sağalmış insanların plazmasından müalicədə istifadə davam edir. Burada tibbi göstərişlər və əks göstərişlər var”.
Qadin.Net in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O bildirib ki, hər sağalmış xəstənin qanından istifadə edilmir:

“Burada tibbi amillər var. Həmçinin, bu, könüllü prosesdir. Hər bir sağalan vətəndaş müraciət etsə, diqqətlə yanaşılacaq və könüllü donor olanların bazası yaradılsa, o donorlar cəlb olunacaq”.

“Proses davam edir. Sağalan və könüllü olan vətəndaşlar müraciət etməlidir. Plazmalara xəstələrin sağalmasında böyük ehtiyac var”, - deyə, o qeyd edib.

3 avqust 2020
GO BACK