“Vaksin üzrə dərmanların hazırlanması və pandemiya çərçivəsində səylərin birləşdirilməsi əsas məqamlardan biridir”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikası aidiyyəti şirkətlərlə müzakirə aparır:
“Müəyyən işgüzar təmaslar var. Araşdırmalar davam edir. Daha sonra ölkəmiz qərar verəcək ki, hansı şirkətin vaksinləri alınsın və ölkəmizdə tətbiq olunsun”.