Qadin.NET / Prezidentin köməkçisindən kinoteatrların fəaliyyəti ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən kinoteatrların fəaliyyəti ilə bağlı AÇIQLAMA

“Vergi ödəyiciləri pandemiya çərçivəsində ən çox əziyyət çəkənlərdəndir. Kütləvi şəkildə toplanma olduğu üçün kinoteatrlar və bu kimi müəssisələr həmin kateqoriyadandır”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, dövlət tərəfindən dəstək çərçivəsində birinci proses zamanı bu kimi strukturlar nəzərə alınmışdı:
“Vergi ödəyicilərinə ikinci yardımların verilməsi prosesi başlayır. Dövlət tərəfindən özəl sektor qarşısında qoyulan tələblərdən biri işçilərin ixtisara salınmamasıdır”.
H.Hacıyev qeyd edib ki, hazırda özündə kütləvi toplaşmanı ehtiva edən müəssisələrin fəaliyyətinə icazə verilmir:
“Aidiyyəti kanallar vasitəsilə müraciət olan zaman onların müraciətləri nəzərdən keçiriləcək və yardım məsələsinə baxılacaq”.

3 avqust 2020
GO BACK