“Hər il payız-qış mövsümündə mövsümi qrip, kəskin respirator xəstəliklərin artımı gözlənilir”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O deyib ki, bu artımın koronavirus pandemiyası dövründə hansı xəstəliklərə yol açdığı öyrənilir:
“Biz də bu müzakirələrə diqqət edirik və hazırlıqlı olmalıyıq. Qaydalara riayət edəriksə, bu, bizi digər respirator xəstəliklərdən qoruya bilər”.