Qadin.NET / Regionlara gediş-gəliş test verməklə mümkün ola bilər? - AÇIQLAMA

Regionlara gediş-gəliş test verməklə mümkün ola bilər? - AÇIQLAMA

“Regionlara gediş-gəliş testlə olsa, böyük həcmdə testə ehtiyac yaranar. Çox sayda insanların test olunması lazım olar”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O deyib ki, buna laboratoriyaların imkanları çatmaz:
“Xaricə gedən vətəndaşlar tərəfindən testin pulu ödənilir. Regiona gedən və gələn vətəndaşın testdən keçməsi lazım olur. Ona görə, bu məsələ operativ qərargahda kompleks şəkildə nəzərdən keçirilir”.

3 avqust 2020
GO BACK