“Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır və bu məsələ öyrənilir”.
Qadin.Net -in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, vaksinlə əlaqədar çoxlu sayda araşdırmalar aparan şirkətlər var:
“Amma yekdil nəticələrə gəlinməsi, tam özünü doğrultmuş, fəsadlara yol verməyən, bazarda hamı üçün məqbul olan vaksinlərin istifadəyə verilməsi kimi məsələlər diqqət mərkəzində saxlanılır”.