Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində koronavirusun yayılması ilə bağlı beynəlxalq araşdırma aparmağa razılıq ala bilib.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Qeyd edək ki, Pekin bundan əvvəl ÜST-ün koronavirusun yaranma səbəblərinin araşdırılmasında iştirak etmək istəyi ilə bağlı müraciətlərini rədd etmişdi. Qurumun nümayəndəsi Çinin artıq araşdırma apardığını, ancaq özlərinin dəvət olunmadığını vurğulamışdı.